6 May 2026 / 01:05

Tramp Zelenskinin Ağ Evdəki aqressivliyini unutmayıb

ABŞ prezidenti Donald Tramp ənənəvi brifinqində 28 fevral 2025-ci ildə Ağ Evdə keçirilən danışıqlar zamanı Vladimir Zelenskinin davranışının aqressiv olduğunu bildirib.

Tezadlar.az bildirir ki, bu barədə REN TV məlumat verib.

Xatırladaq ki, Ukrayna nümayəndə heyəti ilə ABŞ prezidenti arasında görüş mübahisə və Zelenskinin Ağ Evdən qovulması ilə başa çatıb.

Şahidlərin sözlərinə görə, Tramp Ukrayna liderinin geyimindən, danışıq tərzindən və güzəştə getmək istəməməsindən qəzəblənib.

ABŞ prezidenti qeyd edib ki, “Mən həmişə onunla kifayət qədər yola getmişəm, Ağ Evdəki bir an istisna olmaqla, Oval Ofisdə bir az aqressiv olduğunu düşünürdüm”.

Tramp Zelenskinin hiyləgər bir insan olduğunu qeyd edib. O əlavə edib ki, Ukrayna lideri Yaxın Şərqdə ABŞ hərbi bazaları üçün Vaşinqtonla bir sıra anti-dron müdafiə layihələri barədə danışıqlar apara bilib.

“Politico” jurnalistləri əvvəllər Zelenskinin ABŞ prezidenti ilə ünsiyyətdən bezdiyini və nəticədə, Trampı öz tərəfinə çəkməyə çalışmağı dayandırmaq və onu Ukrayna münaqişəsinin həllinə cəlb etmək qərarına gəldiyini bildirmişdilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!