Əsas məzmuna keç

“Milli Onkologiya Mərkəzi”nin partlayışda yaralanmış həkimi Asif Nəsirli də ölüb

Xəbər verdiyimiz kimi, aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə partlayış baş vermiş, xəstə hadisə yerində ölmüş, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı. Tezadlar.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, həkim artıq dünyasını dəyişib.

Zəruri qeyd: həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışırdı.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…