6 May 2026 / 09:19

İranın Qeşm adasında partlayış səsləri eşidilib – SƏBƏB

İranın Hörmüzqan əyalətindəki Qeşm adası ətrafında anti-dron sisteminin aktivləşdirilməsi səbəbindən partlayışlar eşidildiyi bildirilir.

Tezadlar.az xəbər verir ki, “Entekhab” xəbər saytının məlumatına görə, Hörmüzqan valiliyi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada gecə ərzində Hörmüz boğazı yaxınlığında yerləşən Qeşm adası ətrafında partlayışların eşidildiyi bildirilib.

Açıqlamada partlayışların mikro-dron və kəşfiyyat dronlarına qarşı müdafiə sisteminin aktivləşdirilməsi nəticəsində baş verdiyi və Qeşm adasında heç bir toqquşma, partlayış və ya ziyanın baş vermədiyi izah edilib.

Gecə ərzində Qeşm adasında çoxsaylı partlayışların eşidildiyi iddiaları sosial mediada yayılıb, lakin rəsmi açıqlama verilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!