6 May 2026 / 17:55

3 iyun 1967-ci il: “Ermənilər Ərşad və Aləmşad saxlanan kameraya soxulub onları güllələdilər”-DƏHŞƏT

…3 iyun 1967-ci ildə Xankəndində (o vaxt Stepanakert adlanırdı) ermənilər dəhşətli bir cinayətə imza atdılar. Şəhər parkının yaxınlığında yerləşən yay kinoteatrında məhkəmə prosesi keçirilirdi. Tam sübuta yetməmiş ittihamla ölüm törətməkdə günahlandırılan 3 azərbaycanlının məhkəməsi şəhərdə ajiotaj yaratmışdı. Kütlənin təzyiqini azaltmaq üçün tələsik hökm oxundu: Zöhrab 1 il, Ərşad 15 il, Ələmşad edam cəzasına məhkum edildi. Sonradan həbs edilmiş Albert Danielyan xatırlayır: “Qəzəbdən sakit otura bilmirdim. Milisi itələyərək səhnəyə çıxdım, stolun üstündəki su qabını götürüb hakimin başına güclü zərbə endirdim. O huşunu itirdi. Mühafizəçilər insanları qorxutmaq üçün havaya atəş açdılar və zaldan çıxmalarını tələb etdilər. Milislər hakimi və prokuroru qara “Volqa” ilə otelə aparmağı bacardı. Biz isə əvvəlcədən maşının arxasına partlayıcı qurğu yerləşdirmişdik. «Volqa” otelin pilləkənləri önündə partlatdı, lakin hüquq işçiləri bir neçə saniyə əvvəl maşından düşməyi bacarmışdılar. Sakinlərinin şəhər parkına axını səngimədi. Mühafizəçilər müttəhimləri zaldan kameraya apara bilmədilər. Silahlı ermənilər Ərşad və Aləmşad saxlanan kameraya soxulub onları güllələdilər. Cəsədləri maşına qoyulduqdan sonra Albert Danielyan, Ermak Arakelyan, Benik Movsisyan, Con Oqanov, Ernest Ambartsumyan və Artyuşa Asribabanyan dusdaq daşıyan avtomobili çevirərək, benzin töküb cəsədləri yandırdılar”.
Bu gün biz Qarabağı sovet hakimiyyəti vaxtlnda belə, azğınlıq törədən tayfadan xilas etmişik.
Eldar Tağıyev,
Araşdırmaçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!