Əsas məzmuna keç

İsrail–Livan danışıqlarının üçüncü raundu Vaşinqtonda keçiriləcək

İsrail və Livan nümayəndələri arasında danışıqların üçüncü raundu növbəti həftə Vaşinqtonda keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Livanın LBCI telekanalının məlumatına görə, danışıqlarda Livanın ABŞ-dəkı səfiri Nada Hammade-Muavvad, livanlı diplomat Saymon Karam və Livan Silahlı Qüvvələrinin nümayəndəsi iştirak edəcək.

Qeyd olunub ki, məsləhətləşmələr iki gün ərzində – ya çərşənbə və cümə axşamı, ya da cümə axşamı və cümə günü keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…