Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail mediası Hizbullahın Radvan Qüvvələrinin komandiri Malik Balutun Livanın paytaxtı Beyruta hücumda öldürüldüyünü iddia edir.
Tezadlar.az xəbər verir ki, hökumətyönlü televiziya şəbəkəsi olan Channel 14-də yayımlanan xəbərdə Balutun İsrail ordusu tərəfindən həyata keçirilən hücumda öldürüldüyü iddia edilir.
İsrail dövlət televiziyası KAN-da yayımlanan xəbərdə adı açıqlanmayan bir İsrail mənbəyinə istinadən Dahiye bölgəsinə hücumun ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilir.
İsrailin müdafiə naziri İsrael Katz əvvəllər ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında bunun atəşkəsdən bəri Beyruta edilən ilk hücum olduğunu açıqlamışdı.
Katz hücumun onun və İsrail Baş naziri Benyamin Netanyahunun əmrləri ilə həyata keçirildiyini bildirib və onların Hizbullahın Ridvan Qüvvələrinin komandirini hədəf aldığını iddia edib.
E.ŞİRİNOV