7 May 2026 / 11:58

İran Cənubi Koreyanın neft tankerinə hücum iddialarını rədd edir

İran Hörmüz boğazında Cənubi Koreyanın neft tankerinə hücum etdiyi iddialarını təkzib edib.

Tezadlar.az bildirir ki, Seuldakı İran səfirliyindən verilən yazılı açıqlamada deyilir: “İran Silahlı Qüvvələrinin Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən gəmiyə zərər vurması ilə bağlı hər hansı bir iddianı qəti şəkildə rədd edirik və təkzib edirik”.

Açıqlamada ABŞ-ın hərəkətləri səbəbindən Hörmüz boğazında dəniz təhlükəsizliyi şəraitinin dəyişdiyi qeyd edilib və ərazidən keçən gəmilərə müəyyən edilmiş qaydalara riayət etməli və İran hakimiyyəti ilə əlaqəli şəkildə hərəkət etməli olduqları xatırladılıb.

Açıqlamada əlavə edilib ki, bu cür hallarda baş verə biləcək hər hansı bir hadisəyə görə məsuliyyət müvafiq tərəflərin üzərinə düşəcək.

Cənubi Koreyanın “HMM Namu” yük gəmisinin 4 mayda Hörmüz boğazında bir obyekt tərəfindən vurulduğu bildirilir. Hücum iddiaları Hörmüz boğazına nəzarət edən İrandan qaynaqlanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!