7 May 2026 / 13:41

Moskva paradı Paşinyansız olacaq -SON DƏQİQƏ

Nəhayət, məlum oldu ki, Moskvanın 9 may paradı Paşinyansız olacaq. Yəni, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək parada getməyəcək. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, Paşinyan Ermənistan mediasına belə deyib. O, səbəbi də açıqlayıb: “Mən seçkiqabağı kampaniyaya görə, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyəm…”.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də bununla bağlı məlumatlandırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!