7 May 2026 / 14:12

Pakistan ABŞ və İran arasında razılaşmaya ümidlidir

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi ABŞ və İran arasında razılaşmaya ümid etdiklərini və tezliklə razılaşmanın əldə olunacağını gözlədiklərini bildirib.

Tezadlar.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Andrabi mətbuat konfransında İslamabadın tərəflər arasındakı prosesi diqqətlə izlədiyini bildirib.

ABŞ və İran arasında razılaşmaya ümid etdiyini və bunun tezliklə baş verəcəyini gözlədiyini bildirən Andrabi razılaşma layihəsinin bir səhifəlik və ya daha uzun olacağı barədə şərh verə bilməyəcəyini bildirib.

Pakistanın iki ölkə arasındakı gərginliyin dialoq və diplomatiya yolu ilə həll edilməsini dəstəklədiyini vurğulayan Andrabi Baş nazir Şahbaz Şərifin mövcud “impulsun” region və ondan kənarda davamlı sülh və sabitlik təmin edən davamlı bir razılaşmaya gətirib çıxaracağına ümid etdiyini bildirib.

“Axios” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən, İran və ABŞ-ın müharibəyə son qoymaq üçün anlaşma memorandumu imzalamağa yaxın olduqlarını iddia etmişdi.

ABŞ prezidenti Donald Tramp da dünən İranla razılaşmaya nikbin baxdığını və prosesin bir həftə ərzində başa çatacağını gözlədiyini bildirib.

Pakistan rəsmiləri Anadolu Agentliyinə verdiyi açıqlamada İslamabad hökumətinin gələn həftə ABŞ və İran arasında danışıqların ikinci mərhələsinə ev sahibliyi etməyi gözlədiyini iddia ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!