Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 May 2026 / 17:30

Daha 11 nəfər fərdi alacaq – SİYAHI

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abbasov Adil Möhsün oğlu

Bağırova Sənubər Yusufovna

Həkimova Svetlana Calal qızı

Hüseynov Rövşən Maqsud oğlu

Mehdiyev Cahangir Yaqub oğlu

Məlik-Aslanov Ramiz Lütfəli oğlu

Məmmədov Alim Tahir oğlu

Məmmədova Rimma Şahbabayevna

Mustafayev Mustafa Şura oğlu

Nəsirova Hicran Fətəli qızı

Rəhimova Adilə Teymurovna.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!