Paris prokurorluğu sahibkar Elon Mask və onun şirkəti ilə bağlı ilkin araşdırmaya başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Paris prokurorluğu 6 mayda X sosial şəbəkəsinin ana şirkəti, onun baş direktoru Elon Mask və 2025-ci ilin yayına qədər sosial şəbəkənin baş direktoru vəzifəsində çalışan Linda Yakkarinoya qarşı ilkin araşdırmaya başlayıb”, – deyə nəşr bildirib.
Bundan əvvəl Maska X işi üzrə dinləmə üçün Fransaya dəvəti rədd etmək tövsiyə olunmuşdu.
Fevral ayında hüquq-mühafizə orqanlarının əməkdaşları X sosial şəbəkəsinin Fransadakı ofislərində axtarışlar aparıblar. Elə həmin gün Paris prokurorluğu şirkətin sahibi Elon Maskı platformanın fəaliyyəti ilə bağlı iş üzrə “pulsuz dinləməyə” dəvət edib. Bütün bu fəaliyyətlər X-ə qarşı ötən ilin yanvar ayında başlanan istintaqın bir hissəsidir.
Mask əvvəllər X-in Fransadakı ofislərində aparılan axtarışlarla bağlı şərh verib.
E.ŞİRİNOV






