Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün sabiq deputat, sabiq mətbuat və informasiya naziri, siyasi xadim Sirus Təbrizlinin xatirəsinə həsr olunmuş tədbir baş tutub. Çoxsaylı ziyalıların iştirak etdiyi tədbir barədə onu yaxından tanıyanlar xatirələrini söyləyiblər. Hüquqşünas Əkrəm Həsınov bu barədə belə yazır: “…Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatında iştirak etdim. Kitabın müəllifi mərhum jurnalist, AzTV-nin ən görkəmli rəhbəri olmuş Məmməd Muraddır. Çox maraqlı tədbir idi. Tanınmış simalar hər iki böyük şəxsiyyət haqqında xatirələrini bölüşdülər. Çoxu da dedi ki, Təbrizli mayak idi bizim üçün. Mənim üçün də Sirus müəllim mayak idi. Savad, dürüstlük, cəsarət, mərdlik mayakı. Onunla 1992-ci ildə tanış olmuşdum. Mən 15, o isə 50 yaşın içində idi (indi isə mən 50 yaşın içindəyəm). “Açıq-aşkar” verilişini aparırdı. Mən də ona çox sərt və pessimist məktub yazmışdım. Onun simasında Azərbaycan ziyalısının necə savadlı və mərd olması nümunəsini gördüm. Buna görə də deputat və nazir olanda da siyasətçi ola bilmədi. Amma Heydər Əliyevin ən yaxın silahdaşı olaraq qaldı. Ölkədəki real vəziyyəti də ona deyə biləcək yeganə adam idi. Buna görə də məmurlardan ibarət “simasız quldurlar partiyası” onu sevmirdi. Başda Ramiz Mehdiyev olmaqla. Buna görə də Ümummilli Liderdən sonra Sirus müəllim bu məmur ordusu ilə birgə işləyə bilmədi. Bununla belə, tarixdə Mehdiyev yox, Təbrizli qalacaq. Necə ki, bugünkü qlamur gədələrdən ibarət məmur ordusu da tarixdə qalmayacaq. Bizlər isə çalışmalıyıq ki, Sirus müəllim kimi cəsarətli olaq və gədələrdən çəkinməyərək Prezidentə dayaq olaq, ölkədəki problemləri ona çatdıraq…”.
Sitatın sonu.
A.Məmmədli
