8 May 2026 / 14:10

Akif İslamzadə infarkt keçirib – reanimasiyadadır

Ötən gecə müğənni Akif İslamzadə infarkt keçirib və xəstəxanaya yerləşdirilib.

Tezadlar.az  xəbər verir ki, sənətçinin oğlu Ayxan İslamzadə axşam.az-a açıqlamasında atasının gecə əməliyyat olunduğunu bildirib:

“Ürəyinə stend qoyuldu. Həkimlər deyir ki, çox ağır vəziyyətdə olub. Damarın biri tamam işləmirmiş. İndi reanimasiyadadır. Həkimlər günorta yoxlayacaqlar, ondan sonra qərar veriləcək palataya keçirilsin, yoxsa reanimasiyada qalsın.

Ötən gün atamla parkda gəzirdik. Axşam bizə qonaq gələcəydilər. Evlərimiz yaxındır. Dedi ki, yorulmuşam, apardım evə. 2 saat keçməmişdi zəng vurdu ki, ağrıyıram, ürəyim yanır. Təcili yardıma zəng etdim, evə qaçdım. Həkimlər gəldi ki, vəziyyət pisdir”.

Tezadlar.az  xəbər verir ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə, Mərhum Xalq artisti Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi “Çoban Qara” mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin “Qızıl Fondu”nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ixtisasca istehlakçı mühasibdir. 1976-cı ildə indiki AzTV-də Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Sonralar Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 120-dən çox mahnının ifaçısıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!