Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədəqanun təsdiq edilib. Tezadlar.az xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilib. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq.
Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaq. Azərbaycan Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.