9 May 2026 / 08:32

İsrailin Qəzzaya hava hücumu nəticəsində 9 fələstinli yaralanıb

İsrail ordusu atəşkəsi pozaraq Qəzza şəhərinin qərbindəki Əş-Şati Qaçqın Düşərgəsindəki bir evə hücum edib və nəticədə, doqquz fələstinli yaralanıb.

Tezadlar.az xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrailin döyüş təyyarələri Əş-Şati Qaçqın Düşərgəsinin qərbindəki bir evə hava hücumu edib.

Güclü partlayış səsi eşidilib və yaxınlıqdakı evlərə də ziyan dəyib. Hücum nəticəsində bir uşaq da daxil olmaqla çoxlu sayda insan yaralanıb. Yaralılar Şifa Xəstəxanasına aparılıb.

Qəzza zolağındakı Mülki Müdafiə İdarəsinin açıqlamasında deyilir: “İsrail qüvvələrinin Əş-Şati Qaçqın Düşərgəsindəki birmərtəbəli evə hücumu nəticəsində doqquz nəfər yaralanıb”.

Açıqlamada hədəf alınan evin tamamilə dağıldığı və yaxınlıqdakı bir çox evin zədələndiyi, bəzilərinin isə yanğına məruz qaldığı əlavə edilib. Həmçinin qeyd olunur ki, İsrailin hücumu nəticəsində onlarla ailə evsiz qalıb.

Açıqlamada beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları İsrailin Qəzza zolağındakı mülki şəxsləri hədəf alan hücumlarını dayandırmağa çağırılıb.

10 oktyabr 2025-ci ildə Qəzzada qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu bölgədəki hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində indiyə qədər təxminən 850 nəfər həlak olub, təxminən 2500 nəfər yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!