Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından 5 il keçir.
Tezadlar.az xəbər verir ki, “Gün ortası” proqramında bununla bağlı süjet hazırlanıb. Süjetdə qeyd edilib ki, ailəsi və sənət dostları onun məzarını ziyarət etmək istəməyib.
Verilişin komandası oğlu Rövşən Quliyevə təkid etsə də gəlməyb. Sənət dostları isə işlərinin çox olduğunu bildirərək, məzarı ziyarət etmək istəməyib.
Qeyd edək ki, Arif Quliyev 7 may 2021-ci il tarixində koronavirus infeksiyası səbəbindən vəfat etmişdir. Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunmuşdur. Xalq artistinin həyat yoldaşı Gülzar Quliyeva isə 2024-cü ildə vəfat edib. Onu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda oğlu Fəridin yanında dəfn ediblər.
Onu da əlavə edək ki, sənətkarın həyatda olan oğlu Rövşən Quliyev onunla birlikdə avtomiobil qəzası keçirəndən sonra əlil olub. Hazırda ikinci qrup əlildir.