Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Çorum şəhərində göbələk yedikdən sonra halı pisləşən beş aylıq hamilə Rüveyda Altuntaş və doğulmamış körpəsi ölüb.
Tezadlar.az türkiyə mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Buharaevler məhəlləsində baş verib. Beş aylıq hamilə olan 33 yaşlı Rüveyda Altuntaşın evdə göbələk yedikdən sonra xəstələndiyi bildirilir.
Əri İsmayıl Altuntaş kömək üçün 112 Təcili Yardım Mərkəzinə zəng edib. Tibbi sağlamlıq qrupları ünvana göndərilib.
Evində ilkin tibbi müalicə alan Altuntaş Hitit Universiteti Erol Olçok Təlim və Araşdırma Xəstəxanasına aparılıb.
Həm Altuntaşı, həm də doğulmamış körpəsini təcili yardım şöbəsində xilas etmək mümkün olmayıb. Rüveyda Altuntaşın cəsədi ölümün dəqiq səbəbini müəyyən etmək üçün xəstəxana morquna aparılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.
JASMİN