10 May 2026 / 09:42

Ağdamda ağır yol qəzası- 4 ÖLÜ, 3 AĞIR YARALI

Ağdam rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib və artıq 4 nəfər ölüb, ölənlərin sayı isə artıb.  Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avtoqəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, qəzaya səbəb sürücü səriştəsizliyi və ötmə qaydalarını pozma səbəb olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!