10 May 2026 / 10:52

“Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də gürcü xalqının böyük dostu olub”

“Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də gürcü xalqının böyük dostu olub. Qafqazda sülhün qorunub saxlanılmasında Heydər Əliyevin rolu olduqca böyükdür”. Tezadlar.az xəbər verir ki, bu fikirləri Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən anım tədbirində 24News.ge xəbər portalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, 1990-cı illərdə Heydər Əliyev və Gürcüstanın o zamankı rəhbəri Eduard Şevardnadze arasında mövcud olan dostluq münasibətləri nümunəvi olub və məhz həmin dövrdə ölkələr arasında bir sıra iri iqtisadi və digər mühüm layihələr həyata keçirilib: “Bu gün Heydər Əliyevin anım tədbirində iştirak etmək mənim üçün böyük hörmət və şərəfdir. Bildiyiniz kimi, Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də gürcü xalqının böyük dostu olub. Qafqazda sülhün qorunub saxlanılmasında Heydər Əliyevin rolu olduqca böyükdür. 1990-cı illərdə Heydər Əliyev və Eduard Şevardnadze arasında mövcud olan dostluq münasibətləri hər kəs üçün nümunə idi. Məhz həmin dövrdə ölkələrimiz arasında bir çox iri iqtisadi və digər mühüm layihələr həyata keçirildi ki, bu da ölkələrimizin inkişafında mühüm rol oynadı. Biz Heydər Əliyevin və Azərbaycan xalqının gürcü xalqına göstərdiyi hörmətə və dostluğa görə minnətdarıq, təşəkkürümüzü bildiririk. Onu da qeyd etmək istəyirəm ki, Heydər Əliyev gürcü xalqı tərəfindən böyük hörmətlə yad edilən şəxsiyyətdir. Bu gün Tbilisidə Heydər Əliyevin büstünün ucaldılması da bunun bariz göstəricisidir”, – deyə A. Qiorqadze bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!