11 May 2026 / 08:55

Netanyahu hələki Müctəba Xameneinin sağ olduğuna inanır, amma…

İsrail Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğuna inanır. Netanyahu bu barədə “CBS News”a müsahibəsində bildirib. Sitat: “Düşünürəm ki, o, sağdır. Onun vəziyyəti barədə nəsə demək çətindir. O, hansısa bunkerdə və ya gizli bir yerdədir”.

İsrail lideri Müctəba Xameneinin səlahiyyətlərini həyata keçirməyə çalışdığını vurğulayıb. O əlavə edib ki, lakin Müctəba Xameneinin səlahiyyəti atası Seyid Əli Xamenei ilə müqayisədə daha azdır. Bununla belə, İranda da Xameneinin sağ olduğu bildirilsə də, onun canlı görüntüləri hələki ictimailəşdirilmir. Bu isə şübhələri daha da artırır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!