Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını başa vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Ronaldo özü sosial şəbəkə hesablarında açıqlama yayıb. Ronaldo 20 avqust 2003-cü ildə 18 yaşında Portuqaliya yığmasında debüt edib. 41 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub. Hücumçu hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edir.
Kristiano Ronaldo Portuqaliya yığmasından niyə gedib?






