Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran hakimiyyəti Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrail kəşfiyyat agentliyi Mossad ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxsi edam edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb.
Mənbənin məlumatına görə, edam edilən şəxs İranda peyk sektorunda fəaliyyət göstərən elmi təşkilatla əməkdaşlıq edərkən kəşfiyyat xidmətləri ilə əlaqələr qurmağa cəhd edib.
“Cəfərin oğlu Ərfan Şokurzadə MKİ və Mossad casus xidməti ilə əməkdaşlıq etmək ittihamı ilə ədalət dar ağacından asılıb”, – deyə məlumatda bildirilir.
Daha əvvəl İsrail kəşfiyyat agentliyi Mossadın rəhbəri David Barneanın İranla müharibədən əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya və ABŞ prezidenti Donald Trampa İranda üsyan təşkil etmək planı təklif etdiyi bildirilirdi.
E.ŞİRİNOV