12 May 2026 / 18:43

Joze Mourinyo yenidən “Real Madrid”ə qayıdır? – İddia

“Real Madrid”in baş məşqçi postu ilə bağlı mühüm qərar verdiyi iddia olunur. Məlumata görə, klub rəhbərliyi portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə razılığa gəlib.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış insayder Saşa Tavolyerinin yaydığı məlumata əsasən, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və müqavilə ilə bağlı bütün detallarda anlaşma əldə olunub.

İddialara görə, Mourinyonun “Real Madrid”ə qayıdışı ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə Madrid klubuna rəhbərlik edib. O, həmin dövrdə komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb.

Hazırda SL Benficanı çalışdırdığı bildirilən təcrübəli məşqçinin yenidən “Kral klubu”na dönəcəyi xəbəri futbol ictimaiyyətində böyük maraq doğurub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!