13 May 2026 / 08:35

Gürcüstanda ilk dəfə — “Ozan Saz” televiziya müsabiqəsinə start verilir

Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirilməsi məqsədilə 24News media tərəfindən təşkil olunan “Ozan Saz” televiziya müsabiqəsi saz sənətinə könül verən gənc istedadları böyük səhnəyə dəvət edir. Tezadlar.az adı çəkilən portala istinadla bildirir ki,  “Ozan Saz” televiziya müsabiqəsi saz sənətinə könül verən, 15–20 yaş arası gənc istedadları böyük səhnəyə dəvət edir! Müsabiqədə iştirak etmək istəyənlər 15 may tarixinədək televiziyamızın qaynar xəttinə — 597 79 89 89nömrəsi ilə əlaqə saxlaya bilərlər. Müsabiqədə 12 iştirakçı yer alacaq. Final mərhələsində I, II və III yerlər müəyyən ediləcək və qaliblərə müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Bu qədim sənəti yaşatmaq və öz istedadını geniş auditoriya qarşısında nümayiş etdirmək istəyirsənsə, “Ozan Saz” televiziya müsabiqəsi məhz sənin üçündür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!