Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli “X”-də yazıb. Onun sözlərinə görə, 2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb. XİN rəsmisi qeyd edib ki, iki ölkə arasında sərhədlərin açılması üçün müvafiq işlər hələ də davam edir. “Yeni qayda sayəsində artıq Türkiyədən üçüncü bir ölkəyə və oradan Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat yerini və mənşəyini “Ermənistan/Türkiyə” kimi yazmaq mümkündür. Cənubi Qafqazda davamlı sülhün və rifahın gücləndirilməsi üçün yaranan tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək”, – Öncü Keçeli qeyd edib.
Xatırladırıq ki, Ermənistanın Qarabağda işğalçılığı başlayandan Türkiyə Ermənistanın üzünə sərhədlərini bağlamışdı. Eyni zamanda artıq Ermənistanda qondarma soyqırım çağırışları da səngiməkdədir…
A.Məmmədli