“Bakraboçiy” qəzetinin redaksiya heyətinə təşəkkür edirəm. Bu qəzet həmişə ən kritik nöqtələrə diqqət yetirir. Mənim başqa çox vacib məqaləm də ilk dəfə bu qəzetdə çap olunmuşdur (rəhmətlik Nəcəf Nəcəfovun və Əli Naibovun köməyi ilə).
Bu material da çox kritik momentdə və olduqca zəruri vaxta efirə getmişdir. Rəhmətlik H. Əliyevin 70-ci illərdə geniş elmi&texnoloji fəaliyyətinə həsr olunmuşdur. Həmin illərdə məhz H. Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli iqtisad elminin əsası qoyulmuşdur. İlk dəfə akademik Səmədzadənin araşdırması nəticəsi olaraq ictimaiyyətə bu termin məhz H. Əliyev tərəfindən təqdim olunmuşdur. O vaxtlar bu çox böyük risk idi. Məni o terminin istinad gətirməyə görə az qalmışdı həbs etsinlər. Çox qısa olaraq H. Əliyevin o vaxtki böyük uğurunun 3 istiqamətini deyəcəm.
1. Ölkənin milli iqtisadiyyatı kompleks olaraq ortaya qoyuldu. O vaxta kimi Azərbaycanda makroiqtisadi haqqında tədqiqat dilə gətirilmişdir. Əsərlər təbii ki, Səmədzadənin gizli kitablarında qeydə alınmışdır, amma bunların ideya müəllifi və bütün SSRİ üzrə sübut edən H. Əliyev idi.
2. İqtisadiyyatın sürətlə inkişafının təmin olunması və düzgün iqtisadi siyasətin qurulması. 70-ci illərdə Azərbaycan iqtisadi artım üzrə bütün sosialist bloku ölkələri içərisində birinci yerə çıxdı. Bu dəqiq və güclü iqtisadi siyasət nəticəsində baş vermişdi. Əsas səbəbi isə investisiya -kapital qoyuluşlarının daha sürətli artımının təmin olunması idi. 10 il ərzində əsas kapitala qoyuluşların ÜDM-də payı 40-50 faizdən aşağı düşmədi. Müqayisə üçün deyim ki, müstəqil Azərbaycanda keçən rübdə bu rəqəm 13% olub. Bir riyazi modelin nəticəsi: mən 70-ci illərdə H. Əliyevin iqtisadi siyasətinin parametrlərini 1992-ci ildən etibarən şərt olaraq modelə qoydum, 2050 ci ildə ÜDM-nin bir trilyon dolları keçəcəyini göstərdi. Hətta indi bu siyasətin parametrlərini iqtisadiyyata tətbiq edə bilsək çox qısa zamanda inkişaf etmiş ölkə səviyyəsinə qalxa bilərik.
3. Elmi texnoloji inqilab. 10 il ərzində elm və inkişaf xərclərini 4 dəfə artırdı və təqribən İsrailin elm xərclərinin yarısına çatdırdı. 69 elmi istehsalat birliyi qurdu. Çip və yarımkeçiricilər elmi istehsalat birliyi yaratdı. Elmi işçilərin sayını beş min nəfərdən çox artırdı 1980-22 min, indi 17-18 minə düşüb) .
Bizdən 14 il sonra qurulan Tayvan çip zavodu dünya bazarına nəzarət edir, bizdən 27 il sonra qurulan NİVİDEA isə dünyanın bir nömrəli şirkətinə çevrilib (5.3 trilyon dollar).
H. Əliyevin qurduğu çip zavodundan isə əsər-əlamət belə qalmayıb.
Saleh Məmmədov,
Professor