Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb. Bu barədə tezadlar.az- a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə çoxsaylı yanğınsöndürən texnika, canlı qüvvə, FHN-in helikopteri cəlb olunub.
Təxmini hesablamalara görə sahibkarlara 10 milyon manata yaxın ziyan dəyib.
Səbuhi