Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubunda 3 nəqliyyat vasitəsinə hücum edərək 8 nəfəri öldürüb.
İsrail 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livana qarşı hava hücumlarını davam etdirir.
Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail ordusu Livanın cənubundakı Sidon şəhərindən cənuba uzanan sahil zolağı boyunca magistral yolda 3 nəqliyyat vasitəsini hədəfə alıb.
Bərcə, əl-Ciya və əs-Sadiyət şəhərləri yaxınlığında İsrail ordusunun hədəfə aldığı nəqliyyat vasitələrində 2-si uşaq olmaqla səkkiz nəfər həlak olub.
E.ŞİRİNOV