Bu gün “Azərsun-Holdinq”in təşkilatçılığı ilə jurnalistlərin Masallıdakı çay plantasiyalarına və çay emalı müəssisələrinə mediaturu təşkil olunub. “Təzadlar”ın əməkdaşı Elçin Məmmədli Masallıdan xəbər verir ki, jurnalistlər rayonda çayın becərilməsi, yığımı və emalı, eləcə də hazır məhsula çevrilməsi prosesi ilə yaxından tanış olublar… Mediatur olduqca maraqlı keçib, səfər jurnalistlərdə böyük maraq və təəssürat yaradıb.
Daha geniş yazı təqdim ediləcək.
XXX
…Mediaturda iştirak edən “Təzadlar”-ın əməkdaşı Elçin Məmmədli yazır: “Hazırda Masallıdayıq… Bu mediaturda ölkəmizin aparıcı sayt və qəzetlərini təmsil edən jurnalistlə iştirak edir… Çay plantasiyasında jurnalistləri “Azərsun-Holdinq” şirkətinin Masallıdakı “SUN TEA” fabrikinin direktoru Nuriyyə Rəhmanova qarşıladı. N. Rəhmanova çayın becərilməsi, yığılması və emalı barədə jurnalistlərə ətraflı məlumat verdi. Sitat: “”Azərçay” markası ilə ölkə daxilində istifadə edilən və Avropa ölkələrinə ixrac olunan çay arasında heç bir fərq yoxdur. “Azərçay” markası öz keyfiyyətinə görə digər ölkələrdə istehsal olunan çaylardan kəskin surətdə fərqlənir. Bu çayın istehsalı zamanı heç bir kimyəvi qatqıdan istifadə olunmur. Birdəfəlik istifadə olunan paket çaylar da çox keyfiyyətlidir. Hazırda sizin qarşınızda olan bu çay kollarından ildə 4 dəfə məhsul yığılır. Fabrikdə tam qurudulmuş çaydan qara çay, az qurudulmuş çaydan isə yaşıl çay alınır. Bir çay kolu 100-120 il məhsul verə bilir. Çayın yığım və istehsal texnologiyasına düzgün əməl edildiyindən “Azərçay” markası ən keyfiyyətli çaylar sırasındadır. Ona görə də dəfələrlə beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb. Bu səbəbdən də “Azərçay” markası dünyanın 40-dan çox ölkəsinə ixrac olunur”.
Nuriyə xanım sonra jurnalistlərin çoxsaylı suallarına ətraflı cavab verdi.
Çay plantasiyasına səfərdən daha geniş yazı təqdim olunacaq…
ELBAR
