13 May 2026 / 17:23

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Əfzələddin Xaqaninin qəzəli təqdim olunur.

900 illik yubileyi münasibətilə Azərbaycanın böyük şairi Əfzələddin Xaqani Şirvaninin növbəti qəzəllərindən birini təqdim edirik. Televiziya və radiolarda tez-tez səslənən “Bəxtəvər oldum” kimi təqdim olunan  Tofiq Quliyevin bəstəsi ilə sevilən mahnının sözləri Xaqanıyə aiddir. İlk ifaçısı  Bülbül olan bu mahnı bir çox xanəndə və opera müğənniləri tərəfindən ifa edilmişdir.

Getdikcə bu eşqin mərəzi pür xətər oldu

Dərman elədikcə ona,  döndü bətər oldu.

 

Eşqin odu yandırdı mənim canımı, eyvah

Bu vaqeədən cümlə cahan baxəbər oldu.

 

Xaqani eşq əlindən  inildəsə də, sonda

Xaqani, sevin indi, yarın rəhmət gəlibdir.

Bundan sonra könlün deyəsən, bəxtəvər oldu, – deyib özünə gözaydınlığı verir sanki. Bütün rübai, qəzəl və qəsidələrində dərin məna və fəlsəfə olan böyük Xaqanini oxumaq, yararlanmaq və yaşatmaq üçün mütaliə etmək lazımdır.

Yazıçı Şahzadə İldırımın hazırladığı və şair-qəzəlxan Ceyhun Möhübbinin səsləndirdiyi böyük şairin “Bəxtəvər oldum” qəzəli insanın eşq yolunda çəkdiyi əzabların və qovuşma anındakı böyük sevincin bədii-fəlsəfi tərənnümüdür. Qəzəl klassik Azərbaycan poeziyasının incilərindən biri hesab olunur. Videoçarxda mərhum müğənni Elçin Cəlilovun ifası da yer alır.

JASMİN

Qəzəl kitabxananın YouTube kanalında aşağıdakı keçiddə verilib: https://www.youtube.com/watch?v=4jD_wKJwPtU

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!