Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Dövlət başçıları ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.
Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasını keçirəcəklər.
Qeyd edək ki, 15 mayda Türküstanda Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Zirvə toplantısının mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır.
JASMİN