Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2026 / 21:40

AYNA- dan şikayətlər pik həddə- QURUM NİYƏ TIXACLARIN ÖHDƏSİNDƏN GƏLƏ BİLMİR?

…AYNA və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülərə tətbiq edilən cərimələr son dövrlər ictimai narazılığı daha da artırıb. Xüsusilə paytaxtın müxtəlif küçə və prospektlərində tətbiq olunan qarışıq xətlənmə, qəfil dəyişən yol nişanları və parking zolaqları sürücüləri çıxılmaz vəziyyətə salır.
Sürücülər bildirirlər ki, bir çox ərazilərdə yol hərəkətinin təşkili o qədər anlaşılmaz hala gətirilib ki, qayda pozuntusuna yol verməmək demək olar mümkünsüzdür. Dünyanın əksər ölkələrində bu tip qurumlar nəqliyyatın rahat və intensiv hərəkətini təmin etmək üçün çalışdığı halda, Azərbaycanda sürücülər əksinə, cərimə “tələləri” ilə üz-üzə qaldıqlarını düşünürlər.
Xüsusilə sərnişin düşürmək üçün cəmi 30-40 saniyəlik dayanma belə bəzi hallarda sürücüyə 80 manat cərimə və 2 cərimə balı ilə nəticələnir. Bu isə sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi etirazlara səbəb olub. Vətəndaşlar hesab edir ki, məqsəd yol hərəkətini rahatlaşdırmaq yox, daha çox cərimə tətbiq etməkdir.
Sürücülər həmçinin qeyd edirlər ki, bəzi küçələrdə çəkilən parking zolaqları və avtobus xətləri yolun onsuz da məhdud olan hərəkət hissəsini daha da daraldır, nəticədə tıxaclar artır. Xüsusilə pik saatlarda yaranan vəziyyət paytaxt sakinlərinin gündəlik həyatını iflic həddinə çatdırır.
İndi isə əsas sual budur: artan ictimai narazılıq fonunda AYNA hansı addımları atacaq? Qurum sürücülərin şikayətlərini nəzərə alaraq yol hərəkətinin təşkilində dəyişiklik edəcək, yoxsa narazılıq daha da böyüyəcək?
Sahil İmanov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!