14 May 2026 / 11:52

Bu ixtisaslar üzrə tədris proqramları yenilənib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir. Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla təhsilin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Tezadlar.az xəbər verir ki, mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb. Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib.

Mütəxəssislərin fikrincə, yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində tədris prosesinin səmərəliliyinin artırılması, təhsilin təşkili və mərhələli inkişafı, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!