Əsas məzmuna keç

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək-SON DƏQİQƏ

Mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…