Nəhayət, Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırıb. Tezadlar.az İTV- nin canlı efirinə istinadla xəbər verir ki, çıxışlardan sonra səsvermə keçirilib və səsvermənin nəticələrinə əsasən, Azərbaycanın yarışmadakı təmsilçisi JIVA finala vəsiqə qazana bilməyib. Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna isə finala vəsiqə qazanıblar. Qeyd edək ki, final mayın 16-da keçiriləcək.
Təmsilçimiz JIVA “Avroviziya-2026”da mübarizəni dayandırdı- SƏBƏB






