Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır. Azərbaycan Respublikasında bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür.
Tezadlar.az xəbər verir ki, Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Heyvan kəsimi məntəqələrində aşağıdakı tələblərə əməl edilməlidir:
Bununla yanaşı, heyvanların kəsimi zamanı onların rifahının qorunması və humanist yanaşmanın təmin olunması da vacib tələblərdəndir. Qəssab heyvanların rifahını qorumaqla kəsimi həyata keçirməli, proses zamanı sanitar-gigiyenik tələblərə riayət etməlidir. Heyvanlar nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalı, kəsimədək uyğun şəraitdə saxlanmalı və kifayət qədər içməli su ilə təmin edilməlidir. Kəsim prosesi heyvanda qorxu və stress yaratmamalı, digər heyvanların gözü qarşısında aparılmamalıdır. Kəsim mümkün qədər cəld və heyvana əziyyət vermədən icra olunmalıdır.
Qurbanlıq heyvanların cəmdəklərinin satışı ilə bağlı da xüsusi tələblər mövcuddur. Satış məntəqələri soyuducu avadanlıqlarla təmin olunmalı və soyuq qida zəncirinə əməl edilməlidir. Sifariş edilən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Həmin satış şəbəkələrində diri heyvan satışı və kəsiminə icazə verilmir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri barədə aidiyyəti qurumlara və Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.