Əsas məzmuna keç

Dünya çempionu çağırış etdi – VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.

Tezadlar.az xəbər verir ki, layihənin növbəti qonağı kikboks üzrə dünya çempionu Sürət Qarayev olub. O, idmanla məşğul olan hər kəsə çağırış edərək bildirib ki, dövlət qeydiyyatından, nəzarətdən keçməmiş hər hansı idman qidasından və bioloji aktiv qida məhsulundan istifadə etməsinlər, çünki belə qidaların qəbulu insan həyatı üçün ciddi risk daşıyır.

Daha ətraflı:

https://www.youtube.com/watch?v=8GrmuZ3jkzc

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…