Almaniya kansleri Fridrix Merts ölkəsinin uzunmüddətli perspektivdə daha yaxşı imkanlar təklif etdiyini iddia edərək, gənclərə “ABŞ-da təhsil almaq və ya işləmək barədə iki dəfə düşünməyi” məsləhət görüb.
Tezadlar.az xəbər verir ki, Vürzburqda keçirilən 104-cü Katolik Günü şənliklərində çıxış edən Merts deyib: “Bu gün uşaqlarıma təhsil almaq və ya işləmək üçün ABŞ-a getməyi məsləhət görmürəm”.
ABŞ-da fərqli bir sosial mühitin yarandığını qeyd edən Merts deyib: “Bu gün ABŞ-da hətta ən yüksək təhsilli insanlar belə iş tapmaqda böyük çətinlik çəkirlər”.
O, gənclərə “ABŞ-da təhsil almadan və ya işləməzdən əvvəl iki dəfə düşünməyi” tövsiyə edib.
Kansler Almaniyanın sosial bazar iqtisadiyyatının güclü bir gələcək vəd etməyə davam etdiyini vurğulayaraq əlavə edib: “Mən tamamilə əminəm ki, çox az ölkə, xüsusən də gənclər üçün Almaniya qədər böyük imkanlar təklif edir”.
E.ŞİRİNOV







