17 May 2026 / 09:45

AYNA- nın “AZDEV Engineering Construction” sevgisi: MMC niyə addəyişmədə liderdir?

…AYNA istifadəsində olan bina və qurğularda cari təmir işlərinin satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “AZDEV Engineering Construction” MMC olub. Qurum ilə şirkət arasında bağlanacaq müqavilənin dəyəri 1 milyon 24 min 312 manat 35 qəpik təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azdev Engineering Construction” MMC 2009-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 125, mənzil 90 olaraq göstərilib. Şirkətin qanuni təmsilçisi isə Orucov Rafət Güləli oğludur.
Maraqlıdır ki, açıq mənbələrdə nə şirkətin fəaliyyəti, nə həyata keçirdiyi layihələr, nə də qanuni təmsilçisi barədə hər hansı ətraflı məlumata rast gəlinmir.
Araşdırma zamanı məlum olub ki, şirkətin adı bir neçə dəfə dəyişdirilib. Şirkət ilk olaraq “Turqay” MMC adı ilə fəaliyyət göstərib və 2020-ci ilə qədər bu ad altında mövcud olub. Daha sonra adı “Var Construction” MMC olaraq dəyişdirilib. 2026-cı ilin əvvəlindən isə şirkət “Azdev Engineering Construction” MMC adı ilə fəaliyyətini davam etdirir.
Şirkət adlarının ardıcıl şəkildə dəyişdirilməsi müəyyən suallar yaradır. Çünki müxtəlif illərdə fərqli adlarla fəaliyyət göstərən şirkətlərin tender tarixçəsini və əvvəlki fəaliyyətini izləmək çətinləşir. Bu isə dövlət satınalmalarının şəffaflığı ilə bağlı şübhələri artırır. Xüsusilə də milyonluq dövlət sifarişinin fəaliyyəti barədə açıq məlumat olmayan, adı bir neçə dəfə dəyişdirilmiş şirkətə verilməsi diqqətdən yayınmır. Bəs bu MMC kimə sığınıb? Tezadlar.az- a verilən məlumatda maraqlı faktlar var. Bəzi dəqiqləşdirmələr aparılır…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!