17 May 2026 / 15:49

İNANILMAZ: Mübahisə qanla nəticələndi: Silahlı atışmada üç nəfər öldü

Antaliyanın Serik şəhərində yol vermə üstündə mübahisə davaya çevrilib. Atışmada üç nəfər həyatını itirib.

Tezadlar.az xəbər verir ki, hadisə Kökez məhəlləsindəki Üründü Yolunda baş verib.

Emre Savran (35), Bilgin Korkut (34), Oğuz Avcı (49), Ali Tunç və yoldan keçən Ahmet Bayar (25) arasında yol vermə üstündə mübahisə yaranıb.

Gündoğmuş rayonunda meşə gözətçisi olduğu bildirilən Ahmet Bayar üzərindəki tapança ilə adamlara atəş açıb.

Silah səslərini eşidən ətrafdakıların xəbərlərindən sonra hadisə yerinə polis və tibbi qruplar göndərilib. Tibbi personal Bilgin Korkut və Oğuz Avcının öldüyünü müəyyən edib.

Yaralanan Emre Savran dostu Ali Tunç tərəfindən Serik Dövlət Xəstəxanasına aparılıb. Tibbi müdaxiləyə baxmayaraq, Savranı xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Ahmet Bayar silahı ilə Serik Rayon Polis İdarəsinə gedərək təslim olub. Serik Dövlət Xəstəxanasında dövlət prokuroru tərəfindən ilkin müayinədən sonra üç qurbanın cəsədi Antalya Məhkəmə Tibb İnstitutunun morquna göndərilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!