Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın böyük dostudur. Tezadlar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “X” sosial şəbəkə hesabında yazıb. Sitat: “Prezident Əliyev Serbiyanın böyük dostudur”.
Serbiya Prezidenti azərbaycanlı həmkarı ilə görüş barədə də qısa məlumat bölüşüb: “İki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə danışdıq, inanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq”.







