18 May 2026 / 12:59

ATƏT-in tədbirində Azərbaycanlı ekspertin çıxışına kimlər mane olub?-İNANILMAZ

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən növbəti beynəlxalq iclasda Azərbaycanı təmsil edən tanınmış ekspert Yeganə Hacıyevanın çıxışına problemlər yaradılıb. Tezadlar.az xatırladır ki, Y.Hacıyeva bu barədə özünün fb səhifəsində məlumat paylaşıb. Sitat: “Əziz dostlar, bundan öncəki postda da qeyd etdiyim kimi keçən həftə ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən növbəti beynəlxalq iclasda iştirak etdim. Sessiyalar çərçivəsində çıxış edərək, müasir rəqəmsal çağırışlar fonunda insan hüquqlarının, media azadlığının və rəqəmsal dayanıqlığın qorunmasının əhəmiyyəti barədə fikirlərimi bölüşdüm, Azərbaycanın rəqəmsal müstəvidə dövlət və cəmiyyət maraqlarını qoruması modelini beynəlxalq auditoriyanın diqqətinə çatdırdım. Bu çıxışım zamanı kameranın məni göstərmədiyi ikinci videodur və bu ilkin mərhələdə texniki səbəblərlə izah olundu. Təşkilati heyət məsələ ilə bağlı üzrxahlığını ifadə edərək hadisənin araşdırılacağını bildirmişdi. Dünən təqdim olunan rəsmi məlumatda isə qeyd edildi ki, yaranmış vəziyyət sırf texniki nasazlıqdan deyil, kənar müdaxilə nəticəsində meydana gəlib. Bildirildi ki, zalda iştirak edən bəzi azərbaycanlı müxalif və mühacir media təmsilçiləri çıxışım zamanı eyni vaxtda mikrofonları aktivləşdirərək yayım sisteminin işinə məqsədli şəkildə mane olmağa çalışıblar…”.
Sitatın sonu.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!