Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir.
Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, deputatın sözlərinə görə, dini ənənələrimizə əsasən, 6 aylıqdan aşağı quzuların qurbanlıq kimi kəsilməsi doğru hesab olunmur. O vurğulayıb ki, həm dini dəyərlər, həm də ərzaq təhlükəsizliyi baxımından bu məsələyə hər kəs həssas və məsuliyyətlə yanaşmalıdır.
Ceyhun Məmmədov qeyd edib ki, 6 aylıqdan kiçik quzuların kəsilməsi heyvan sayının sürətlə azalmasına səbəb olur. O, vətəndaşlara müraciət edərək bildirib ki, yalnız Qurban bayramı ərəfəsində deyil, sonrakı dövrlərdə də erkən kəsimin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Onun fikrincə, bu yanaşma həm milli-mənəvi dəyərlərin qorunmasına, həm də gələcək nəsillər üçün heyvandarlığın davamlı inkişafına xidmət edir.
Ətraflı: