Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Özbəkistan bundan sonra da Azərbaycanın Qarabağ regionunun inkişafına köməklik göstərməyə hazırdır…”. Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib. Prezident deyib ki, Qarabağda sürətli şəkildə genişmiqyaslı quruculuq işləri həyata keçirilir: “Sizin rəhbərliyinizlə (Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək – red.) Azərbaycan ərazisində, xüsusən də Qarabağda sürətli templərlə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində evlər bərpa edilib. Şadam ki, yeni yaşayış kompleksləri, müasir obyektlər, infrastrukturlar inşa edilir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu nəcib işə həmişə öz töhfəsini verməyə hazırdır”.