Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində Almaniya Kansleri Fridrix Mertslə görüşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Qeyd edək ki, H. Fidan Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısında iştirak etmək üçün Berlinə səfər edib və onun almaniyalı həmkarı Yohann Vadefulla da görüşəcəyi gözlənilir.
Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı isə hər iki ölkənin XİN rəhbərlərinin həmsədrliyi ilə baş tutacaq.