Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasının (WUF14) Meksikada keçirilməsi yalnız şəhərlərin dayanıqlı inkişafı məsələləri üzrə qlobal dialoqu davam etdirmək üçün deyil, həm də Latın Amerikası və Karib hövzəsi ölkələrinin urbanizasiya, mənzil siyasəti və ərazi inkişafı sahəsində qazandıqları praktiki təcrübəni möhkəmləndirmək üçün bir fürsət olacaq.
Tezadlar.az xəbər verir ki, bunu Meksikаnın kənd, ərazi və şəhər inkişafı naziri Edna Yelena Veqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil tikintisi və şəhərsalma məsələləri üzrə nazirlər və yüksək vəzifəli şəxslər forumunda (MINURVI) bəyan edib.
“Əgər WUF13 dialoqu açırsa, növbəti, WUF14 regionun zəngin təcrübəsini möhkəmləndirməlidir – bu, bütün Latın Amerikası üçün yüksək dəyərə malik böyük təcrübədir. WUF14-ün Meksikada keçirilməsi bizə MINURVI-yə daha da yaxınlaşmağa imkan verəcək, çünki bizi ortaq mövzular, ortaq yanaşmalar və təkliflər birləşdirir. Hesab edirik ki, MINURVI bu məkanı gücləndirməli və region üçün təkliflər hazırlamalıdır”, – o bəyan edib.
Nazirin sözlərinə görə, regionun ölkələri bu gün şəhərlərin sürətli böyüməsi, iqlim dəyişikliyi, mənzil əlçatanlığı və daha dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması zərurəti ilə bağlı ortaq çağırışlarla üzləşir.
E.Veqa vurğulayıb ki, WUF platforması dövlətlər arasında uğurlu təcrübələrin mübadiləsində mühüm rol oynayır, həmçinin şəhər planlaşdırılması, sosial infrastruktur və ərazilərin dayanıqlı inkişafı sahəsində birgə həllərin hazırlanmasına kömək edir.
Onun sözlərinə görə, Meksika WUF14-ə hazırlıqdan regional əməkdaşlığın genişləndirilməsi, yerli icmaların cəlb edilməsi və şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə yönəlmiş təşəbbüslərin irəli aparılmasında istifadə etmək niyyətindədir.
Nazir həmçinin urbanizasiya və mənzil tikintisi sahəsində siyasətin əlaqələndirilməsi üçün regional platforma kimi MINURVI-nin rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, qlobal iqlim və sosial çağırışlar fonunda Latın Amerikası ölkələri arasında əməkdaşlıq xüsusilə aktuallıq qazanır.