Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail təhlükəsizlik kabineti İrana hücum ehtimalını müzakirə etmək üçün 24 saatda iki dəfə toplaşıb.
Tezadlar.az xəbər verir ki, “Israel Hayom” qəzetinin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu son 24 saatda ikinci dəfə təhlükəsizlik kabinetini toplayıb.
Netanyahu və yüksək vəzifəli nazirlərin qatıldığı görüşdə İrana qarşı yeni bir hücum ehtimalı müzakirə edilib.
Açıqlamada Vaşinqtondakı hadisələri yaxından izləyən bir mənbənin qiymətləndirmələri də yer alıb. Mənbə bildirib ki, “məsələ ABŞ-ın İrana yeni bir hücumunun olub-olmayacağı deyil, nə vaxt baş verəcəyidir” və “planlaşdırılan hücum əvvəlkilərdən fərqli olacaq, ABŞ prezidenti Donald Trampın indiyə qədər qaçdığı hədəfləri hədəf alacaq”.
Lakin İsrail təhlükəsizlik mənbələri “İranla yeni bir müharibə ehtimalına qarşı addımlar atıldığını və hazırlıqların görüldüyünü” bildiriblər.
Netanyahunun dünən Trampla telefon danışığı, ardınca daha kiçik bir kabinetlə təhlükəsizlik görüşü keçirdiyi bildirilib.
Mətbuatda yer alan xəbərlərdə ABŞ və İsrailin bu həftə İrana hücumlar üçün intensiv hazırlıqlar apardığı iddia edilirdi.
E.ŞİRİNOV