Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 17:54

WUF14 2028-ci ildə Mexikoda keçiriləcək

Dünya Şəhərsalma Forumunun (WUF) 14-cü sessiyası 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək. Tezadlar.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Mexiko Şəhər Hökumətinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Mariya del Rosio Lombrera Qonsales bildirib. Onun sözlərinə görə, Bakıda keçirilən forum yerli və regional hökumətlərin mənzil, iqlim və şəhərsalma ilə bağlı təcrübələrinin paylaşılması üçün mühüm platformadır. M. Qonsales qeyd edib ki, şəhərlər qlobal problemlərin təsirlərinin birbaşa hiss olunduğu əsas məkanlardır və buna görə də yerli hökumətlər bu çağırışların həllində aparıcı rol oynayırlar. O bildirib ki, mənzil təkcə yaşayış yeri deyil, həm də sosial, iqtisadi və ekoloji inkişafın mərkəzi elementidir.

Onun sözlərinə görə, əlçatan mənzil siyasəti məşğulluq, nəqliyyat, iqlim dayanıqlılığı və sosial inklüzivliklə uzlaşdırılmalıdır. M. Qonsales vurğulayıb ki, WUF13-də səslənən ideyalar və tövsiyələr 2028-ci ildə Mexiko şəhərində keçiriləcək WUF14 üçün mühüm əsas rolunu oynayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!