20 May 2026 / 07:21

TRAMP: BU MÜHARİBƏNİ ÇOX TEZ BİR ZAMANDA BİTİRƏCƏYİK

ABŞ prezidenti Tramp İranla razılığa gəlib-gəlməyəcəklərini tezliklə görəcəklərini bildirib və əlavə edib ki, “Bu müharibəni çox tez bir zamanda bitirəcəyik”.

Tezadlar.az bildirir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Konqres üzvləri ilə görüşdüyü tədbirdə İran məsələsi ilə bağlı açıqlamalar verib.

Tramp İranla danışıqların davam etdiyini və tezliklə razılığa gəlib-gəlməyəcəyini görəcəklərini vurğulayıb.

ABŞ prezidenti deyib: “Bu müharibəni çox tezliklə bitirəcəyik. Onlar razılaşma əldə etməyə can atırlar, bu vəziyyətdən beziblər. Düşünürəm ki, bunu çox tez bitirəcəyik. Ümid edirəm ki, bunu gözəl şəkildə həll edəcəyik”.

İranın hərbi və siyasi liderliyini əsasən “məhv etdiklərini” iddia edən Tramp deyib: “Biz onların donanmasını, hava qüvvələrini, zenit silahlarını məhv etdik, onların liderinin getdiyini demək istəmirəm, çünki bu, çox xoş deyil, amma bu, bir faktdır”.

İranın heç bir halda nüvə silahı inkişaf etdirməsinə icazə verməyəcəklərini vurğulayan Tramp “Biz buna dözə bilmərik və dözməyəcəyik” deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!