20 May 2026 / 08:45

Tramp İrana qarşı hərbi əməliyyatın yeni variantlarını nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp 18 may axşamı milli təhlükəsizlik qrupunun iclasını çağırıb və orada ona İrana qarşı hərbi güc tətbiq etməyin variantları təqdim edilib. Tezadlar.az xatırladır ki, “Axios” portalı mənbələrə istinadən bu barədə məlumat yayıb. Məlumata görə, görüş əvvəlcə 19 maya planlaşdırılıb və bəzi administrasiya üzvləri Trampın İrana qarşı əməliyyat barədə qərar qəbul edəcəyini düşünüb.

Lakin görüş ABŞ liderinin İrana hücumu təxirə saldığını elan etməsindən bir neçə saat sonra keçirilib. Görüşdə vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər. “İrana qarşı müharibədə gələcək addımlar, diplomatik səylərin vəziyyəti və ABŞ-ın İrana qarşı zərbələri üçün müxtəlif planlar müzakirə edildi”, – portal qeyd edir.

İran hakimiyyəti isə müharibəyə son verilməsi üçün artıq bütün şərtlərə hazır olduğunu bildirir, amma Tramp hələki razılaşmır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!